Bank Of Baku

Azərbaycan Kubada keçiriləcək FİHAV 2018 Beynəlxalq kommersiya yarmarkasında iştirak dəvəti alıb

Azərbaycan Kubada keçiriləcək FİHAV 2018 Beynəlxalq kommersiya yarmarkasında iştirak dəvəti alıb
# 28 iyun 2018 13:22 (UTC +04:00)

Azərbaycan Kubanın paytaxtı Havanada keçiriləcək FİHAV 2018 Beynəlxalq kommersiya yarmarkasında iştirak etmək üçün dəvət alıb.

 

 

Kubanın Azərbaycandakı səfirliyindən  APA-ya verilən xəbərə görə, dəvəti Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo Azərbaycan Ticarət-Sənaye Palatasının prezidenti Niyaz Əlizadəyə çatdırıb. Qeyd edilib ki, FİHAV 2018 Beynəlxalq kommersiya yarmarkası oktyabrın 29-dan noyabrın 2-ə qədər davam edəcək.


Səfir FİHAV Azərbaycan məhsulların Latın Amerika bazarına çıxması üçün ən əlverişli platforma olduğunu vurğulayıb.

 


Görüşdə iki ölkə arasında ticarət əlaqələri müzakirə olunub. Səfir Portuonde iki ölkə arasında əczaçılıq, biotenologiya, tibbi xidmətlərin göstərilməsi sahələrində də əlaqələrin daha da inkişafı üçün yaxşı potensialın olduğunu qeyd edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR