Bank Of Baku

Azərbaycan prezidenti belaruslu həmkarına məktub göndərib

Azərbaycan prezidenti belaruslu həmkarına məktub göndərib
# 02 iyul 2018 16:14 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya məktub göndərib.

 

APA-nın məlumatına görə, məktubda deyilir:

 

“Hörmətli Aleksandr Qriqoriyeviç,  Belarusun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu gün dost Belarus müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşdirilməsi yolunda uğurla irəliləyir. Ölkənin ardıcıl sosial-iqtisadi inkişafı seçilmiş yolun məqsədyönlü olmasının əməli təsdiqidir. İki ölkənin qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirmək, dost xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığı dərinləşdirmək səylərini əks etdirən Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur. Hörmətli Aleksandr Qriqoriyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR