Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla İran İslam Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub.
Qonaq Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayaraq, tədbirdə 40-dək ölkədən, 8 beynəlxalq təşkilatdan nümayəndələrin iştirakını konfransın önəminin göstəricisi olduğunu qeyd edib.
Prezident İlham Əliyev ötən həftə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısı çərçivəsində İran Prezidenti ilə qısa görüşü zamanı prezident Həsən Ruhanini Azərbaycana səfərə dəvət etdiyini məmnunluqla xatırlayıb. Dövlət başçısı qeyd edib ki, Bakıda keçirilən konfransda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunması İranın dinlər və mədəniyyətlərarası dialoqa böyük önəm verdiyini göstərir.
Söhbət zamanı iki ölkə arasında enerji, əczaçılıq, bank sahələrində əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
*** 12.12
Azərbaycan prezidenti İlham Əliyev İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.