Bank Of Baku

Prezident: "İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq" - YENİLƏNİB

Prezident: "İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq" - <span style="color: red;">YENİLƏNİB
# 15 fevral 2018 10:45 (UTC +04:00)

"İtaliyanın Cənub Qaz Dəhlizində iştirakından və bu tədbirdə təmsil olunmasından məmnunam".

 

APA-nın məlumatına görə, bunu İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib.

 

O, ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə də uğurla inkişaf etdiyini deyib, Azərbaycanın İtaliyaya sərmayə yatırmasını dəstəklədiklərini vurğulayıb. Nazir müavini Azərbaycan-İtaliya əməkdaşlığının digər sahələrdə də inkişafı üçün səylərin gücləndirilməsinin önəmini ifadə edib.

 

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın energetika, ticarət və digər sahələri əhatə etdiyini deyən prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirib. Dövlət başçısı vurğulayıb ki, Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirən önəmli layihədir və gələcək illərdə əməkdaşlığımızın inkişafında vacib rol oynayacaq. Prezident qeyd edib ki, İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq.

 

 

***

 

12.46

 

Azərbaycan prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşü olub.  

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR