Bank Of Baku

Azərbaycan prezidenti NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

Azərbaycan prezidenti NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb
# 19 aprel 2018 11:25 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, K. Skaparotti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

 

Azərbaycan prezidenti təbrikə görə minnətdarlığını bildirib.

 

Söhbət zamanı NATO-Azərbaycan əməkdaşlığının uğurlu inkişafı müzakirə edilib.

 

Keçən ilin noyabrında NATO qərargahına səfər etdiyini vurğulayan dövlət başçısı qeyd edib ki, səfər zamanı NATO-nun baş katibi ilə aparılan fikir mübadiləsi, Şimali Atlantika Şurasının iclasındakı çıxışı və oradakı müzakirələr bir daha Azərbaycan ilə NATO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərib.

 

K. Skaparotti öz tərəfindən NATO-Azərbaycan əməkdaşlığından çox razı olduğunu məmnunluqla bildirərək Azərbaycanın bu təşkilat üçün çox önəmli tərəfdaş ölkə olduğunu qeyd edib. O, xüsusən Əfqanıstandakı sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu yüksək qiymətləndirərək bu əməliyyatlar üçün ölkəmizin tranzit və nəqliyyat imkanlarından istifadə edilməsinin önəmini vurğulayıb.

 

K. Skaparotti Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşünə ölkəmizin ev sahibliyi etdiyi üçün prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Azərbaycan prezidenti ümidvar olduğunu bildirib ki, bu görüş beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR