Azərbaycan prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Bidhya Devi Bhandarini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli xanım Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.