Bank Of Baku

Azərbaycan prezidenti Sloveniya və Xorvatiya prezidentlərini ölkələrinin Dövlətçilik Günü münasibəti ilə təbrik edib

Azərbaycan prezidenti Sloveniya və Xorvatiya prezidentlərini ölkələrinin Dövlətçilik Günü münasibəti ilə təbrik edib
# 23 iyun 2018 13:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Sloveniya prezidenti Borut Pahor və Xorvatiya prezidenti Kolinda Qrabarı ölkələrinin milli bayramı - Dövlətçilik Günü münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, prezident İlham Əliyev Sloveniya prezidentinə ünvanladığı təbrikdə qeyd edib ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

 

Dövlət başçısı dost Sloveniya xalqına sülh və rifah arzulayıb.

 

Prezident İlham Əliyev Xorvatiya prezidentinə təbrikində Azərbaycan-Xorvatiya münasibətlərinin dinamik və hərtərəfli inkişaf yolunda olduğunu bildirib: “Ölkələrimizin strateji tərəfdaşlığı qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar açır. İnanıram ki, bu imkanlardan səmərəli istifadə etməklə dost xalqlarımızın rifahına töhfələr verəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və firavanlıq diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR