Bank Of Baku

Azərbaycan səfiri Bolqarıstanda keçirilən konfransda çıxış edib

Azərbaycan səfiri Bolqarıstanda keçirilən konfransda çıxış edib
# 06 aprel 2017 17:20 (UTC +04:00)

Bolqarıstanın Kırcali şəhərində yerli əhalinin və ölkənin müxtəlif şəhərlərindən 500-dən çox yuxarı sinif şagirdin iştirakı ilə 1943-cü ildə İkinci Dünya Müharibəsi zamanı Bolqarıstan yəhudilərinin ölüm düşərgələrinə deportasiyadan xilas edilməsinin 74-cü ildönümünə həsr olunmuş “Tolerantlıq günü və beynəlxalq dəstək” adlı milli konfrans keçirilib.

 

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, İsrail-Bolqarıstan İnstitutu, Kırcali bələdiyyəsi və Nyu-Yorkda yerləşən Holokost tədqiqatları və insan hüquqları üzrə Olqa Lenqiyel İnstitutu tərəfindən təşkil edilmiş tədbirdə İsrail səfiri İrin Lilian,  ABŞ səfiri Erik Rubin və Azərbaycan səfiri Nərgiz Qurbanova xüsusi qonaq qismində iştirak ediblər.

 

Səfir N. Qurbanova konfransda çıxış zamanı XX əsrdə milyonlarla günahsız insanın, o cümlədən Avropanın çoxsaylı yəhudi əhalisinin yalnız milli mənsubiyyəti və ya əqidəsinə görə nasizmin qurbanları olduğunu qeyd edib. O, 1943-cü ildə Bolqarıstan cəmiyyətinin ədalətsizliyə qarşı çıxdığını və yəhudi həmvətənlərinin ölüm düşərgələrinə deportasiya olunmasına imkan vermədiyini söyləyərək, bu qəhrəman hərəkətləri humanizmin və tolerantlığın nifrət və zorakılıq üzərində qələbəsinin rəmzi olaraq qiymətləndirib.

 

Digər xalqlarla yanaşı İkinci Dünya Müharibəsi zamanı Azərbaycan xalqının da nasizmə qarşı müharibədə mühüm töhfə verdiyini, 600 min azərbaycanlının döyüşlərdə iştirak etdiyini və 300 min nəfərin həyatını itirdiyini qeyd edən N. Qurbanova hazırkı nəsillərin döyüş meydanları, ölüm düşərgələri və qettolarda öldürülmüş insanlar qarşısında böyük mənəvi məsuliyyət daşıdığını bildirib.

 

Səfir həmçinin 31 mart 1918-ci il tarixində Bakıda baş vermiş və minlərlə günahsız azərbaycanlının ölümü ilə nəticələnmiş qanlı hadisələrə toxunub.

 

Kırcaliya səfəri çərçivəsində zamanı N. Qurbanova Kırcali bələdiyyəsinin rəhbər şəxsləri, mer Həsən Əzis, vilayət rəhbəri Naço Kovaçev və bölgə müftisi Beyhan Məhmədlə görüşlər keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR