Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Şida Kartli bölgəsinə səfər edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər çərçivəsində D. Həsənov bölgənin qubernatoru Kaxa Samxaradze ilə görüşüb.
Görüşdə Azərbaycan regionları ilə Şida Kartli bölgəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Qeyd olunub ki, Şida Kartli bölgəsi Kvemo Kartli və Kaxetidən sonra azərbaycanlıların ən çox yaşadığı bölgədir. Tərəflər bölgədə yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı məsələləri də nəzərdən keçiriblər.