Bank Of Baku

Azərbaycan səfiri İran rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Azərbaycan səfiri İran rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb
# 23 aprel 2018 13:21 (UTC +04:00)

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşüb.  
 

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. 
 

B. Hüseynov bildirib ki, son illər Azərbaycan-İran münasibətləri sürətlə inkişaf edir, bütün sahələrdə olduğu kimi Azərbaycan rabitə və informasiya texnologiyaları sahəsində İranla əlaqələrinin inkişafına önəm verir.

 

İranın rabitə və informasiya texnologiyaları naziri isə ötən il ölkəmizə səfər etdiyini, 23-cü Beynəlxalq “BakuTel–2017” informasiya və kommunikasiya texnologiyaları sərgisi ilə tanış olduğunu bildirib. O qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri ilə rabitə, informasiya texnologiyaları və elektron hökumət sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib, informasiya texnologiyaları üzrə müştərək layihələrin həyata keçirilməsi məqsədi ilə mütəxəssislərin qarşılıqlı səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə edilib. 

   

Kənd təsərrüfatı sənayesində informasiya texnologiyalarının tətbiqinin önəminə toxunan nazir İranda əkin sahələrinin səmərəli suvarılması məqsədilə informasiya texnologiyalarının imkanlarından istifadə olunduğunu diqqətə çatdırıb. 
 

Görüşdə rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR