Bank Of Baku

Azərbaycan və Belarus XİN rəhbərləri arasında görüş keçirilib

Azərbaycan və Belarus XİN rəhbərləri arasında görüş keçirilib
# 21 iyun 2018 13:45 (UTC +04:00)

Belarusda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belaruslu həmkarı Vladimir Makey ilə görüşüb.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirlər bu il ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunmasına toxunaraq ötən illər ərzində Azərbaycan və Belarus arasında qarşılıqlı anlaşma və etimada əsaslanan dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu məmnuniyyətlə vurğulayıblar. Onlar ölkələr arasında yüksək səviyyəli dialoqu təqdir ediblər və dövlət başçılarının iradələrinə uyğun olaraq ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildiriblər. İkitərəfli əməkdaşlığın ruhuna uyğun olaraq beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edildiyini qeyd edərək qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar. 

 

Görüş əsnasında nazirlər beynəlxalq və regional gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. 

 

Qeyd edək ki, E. Məmmədyarov iyunun 21-22-də Belarusun paytaxtı Minsk şəhərində "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Tədbir çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR