Bank Of Baku

Azərbaycanın İstanbuldakı baş konsulu şəhərin bələdiyyə sədri ilə görüşüb

Azərbaycanın İstanbuldakı baş konsulu şəhərin bələdiyyə sədri ilə görüşüb
# 20 aprel 2018 01:38 (UTC +04:00)

Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyev şəhərin bələdiyyə sədri Mövlud Uysal ilə görüşüb. Baş konsulluqdan APA-nın Türkiyə bürosuna bildirilib ki, görüşdə Məsim Hacıyev Türkiyə ilə Azərbaycanın arasındakı arasında dərin köklərə malik qardaşlıq münasibətləri barədə danışıb. Məsim Hacıyev aprelin 11-də  keçirilən prezident seçkilərində  baş konsulluqda təşkil edilən seçki məntəqəsinin fəaliyyəti barədə İstanbulun bələdiyyə sədrinə məlumat verib.

 

İstanbul bələdiyyəsinin sədri Mövlud Uysal isə yenidən prezident seçilməsi münasibəti ilə   İlham Əliyevi təbrik edib. Mövlud Uysal bələdiyyəçilik sahəsində iki qardaş ölkə arasındakı münasibətlərin dərinləşdirilməsi üçün görülə biləcək işlərdən danışaraq, bu sahədə İstanbul bələdiyyəsinin öz üzərinə düşən hər bir işi yerinə yetirməyə hazır olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR