Azərbaycanın xaricdəki konsullarının müvafiq inzibati xətalar haqqında işlərə baxmaq hüququ ləğv edilib.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyev bu gün imzaladığı “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.
Bundan əvvəl konsul qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq hüququna malik olub.