Bank Of Baku

Bakıda Gürcüstanın müstəqilliyinin 100 illiyi ilə bağlı qəbul keçirilib

Bakıda Gürcüstanın müstəqilliyinin 100 illiyi ilə bağlı qəbul keçirilib
# 26 iyun 2018 09:00 (UTC +04:00)

Bakıda Gürcüstanın müstəqilliyinin 100 illiyi ilə bağlı rəsmi qəbul keçirilib.

 

APA-nın məlumatına görə, qəbulda çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycan xalqını təbrik edib. O bildirib ki, iki dost ölkənin eyni vaxtda müstəqillik əldə etməsi rəmzi xarakter daşıyır: "Müstəqilliklərinin Tbilisidə elan olunması da rəmzi xarakter daşıyan hadisədir. Hər iki ölkə müstəqilliklərini yenidən əldə etdi. Yaşadıqları çətinliklərə baxmayaraq, hər iki ölkə müasir, güclü dövlət yaratdılar, regionun parlaq gələcəyini birgə qururlar. Gürcüstan ən yaxın qonşusu, dostu və strateji tərəfdaşı olan Azərbaycanın dəstəyini daim hiss edib və bu gün də hiss edir. Azərbaycan və Gürcüstan bir-birini daha yaxşı anlayır. Biz 9 aprel və 20 yanvar kimi eyni hadisələrlə üzləşdik. Ölkələrimizin ərazi bütövlükləri müvəqqəti pozulub. Lakin biz hazırda iri beynəlxalq əhəmiyyətli nəqliyyat və energetika layihələrinə imza atmışıq. Əminəm ki, bu əlaqələr daha da dərinləşəcək, iki ölkəyə rifah və Cənubi Qafqaz regionuna sülh və sabitlik gələcək".

 

Daha sonra çıxış edən baş nazirinin müavini Əli Əhmədov bildirib ki, yenidən müstəqillik qazanan hər iki ölkə iqtisadiyyatlarını möhkəmləndirib, müstəqil dövlətçilik ənənələrini qurublar: "Aramızda qarşılıqlı etimad əsasında qurulmuş sıx əlaqələr mövcuddur. Bu əlaqələr hər iki ölkənin qüdrətini artırır və gələcək planları reallaşdırmaq üçün geniş fürsətlər açır. Azərbaycan və Gürcüstan münasibətləri tam səmimi dostluq münasibətləridir. Bu əlaqələr Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin ən mühüm qarantıdır. Səfirin dediyi kimi, hər iki dövlət müvəqqəti olaraq ərazi itirib, bu problem beynəlxalq hüquq əsasında həll olunmalıdır və olunacaq. Birgə həyata keçirilən layihələr hər iki ölkələrin beynəlxalq əhəmiyyətini artıracaq və ölkələrimiz bu dostluq əlaqələrindən daha çox fayda görəcək".

 

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR