Bank Of Baku

Bakıda Türkmənistanın müstəqilliyinin 26-cı ildönümü münasibətilə qəbul keçirilib

Bakıda Türkmənistanın müstəqilliyinin 26-cı ildönümü münasibətilə qəbul keçirilib
# 16 noyabr 2017 17:25 (UTC +04:00)

Bu gün Bakıda Türkmənistanın müstəqilliyinin 26-cı ildönümü münasibətilə qəbul keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyev bildirib ki, Türkmənistan bu 26 il ərzində inkişaf mərhələsindədir.

 

Səfirin sözlərinə görə, Türkmənistan prezidenti  birlik,  sülh şəraitində gələcək qurmağa çalışır: "Dövlət başçısı xarici siyasətin inkişafına xüsusi diqqət yetirir. Digər ölkələrlə bütün  sahələrdə əlaqələr inkişaf edib".

 

Səfir qeyd edib ki, Türkmənistan və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ yaşanır: "Bu, siyasi, humanitar, iqtisadi, mədəni sahələrdə də özünü göstərir. Qardaş Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi sürətlə artıb. Enerji və nəqliyyat sahələrində regional və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir".

 

Səfir son olaraq əlavə edib ki, Türkmənistan bütün məsələlərdə hər zaman Azərbaycanla konstruktiv danışıqlara açıqdır.

 

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov əvvəlcə bu əlamətdar gün münasibətilə Azərbaycan hökuməti adından Türkmənistan xalqını təbrik edib.

 

Azərbaycan və Türkmənistan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə davam etdirildiyini vurğulayan nazir deyib ki, yaxın gələcəkdə Azərbaycan və Türkmənistan arasında istifadəyə veriləcək yeni dəniz limanları və eləcə də digər layihələr  Azərbaycanın iqtisadi-siyasi əhəmiyyətinin artmasına gətirib çıxaracaq.

 

Nazir qeyd edib ki, bu il Aşqabadda keçiriləcək 5-ci Asiya oyunlarında azərbaycanlı idmançıların da iştirakı qeyd olunan əməkdaşlığın inkişafına yardım edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR