Bank Of Baku

Baltik Assambleyası GUAM ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir

Baltik Assambleyası GUAM ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir
# 18 dekabr 2017 08:02 (UTC +04:00)

“Baltik Assambleyası GUAM-a üzv ölkələrin ərazi bütövlüyünü dəstəkləyir”.
 
APA-nın yerli bürosunun məlumatına görə, bunu Baltik Assambleyasının rəhbəri Aadu Must Tbilisidə keçirilən GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında deyib. O bildirib ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovada mövcud münaqişələr iqtisadi inkişafa tam nail olmağa imkan vermir: “Baltik Assambleyası GUAM ərazisində mövcud münaqişələrin sülh yolu ilə beynəxalq normalar çərçivəsində həllinin tərəfdarıdır”.
 
A. Must Baltik Assambleyasının GUAM PA ilə əməkdaşlığı daha da gücləndirməyə hazır olduğunu əlavə edib.
 
Sonra çıxış edən Benilüks Parlament Assambleyasının prezidenti Andre Postema da GUAM PA ilə əməkdaşlığa böyük önəm verildiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR