Bank Of Baku

Baş katib: “GUAM ölkələrinin vahid mövqedə olması əsas nailiyyətdir”

Baş katib: “GUAM ölkələrinin vahid mövqedə olması əsas nailiyyətdir”
# 18 dekabr 2017 12:12 (UTC +04:00)

“2017-ci ildə GUAM təşkilatının əsas nailiyyətlərindən biri üzv ölkələrin mövqelərinin bir olmasıdır”.

 
Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında GUAM-ın baş katibi Altay Əfəndiyev deyib. 
 

O bildirib ki, GUAM-a üzv ölkələr bir neçə beynəlxalq qurumda vahid mövqe nümayiş etdirib: “BMT, ATƏT, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlarda ölkələrin mövqeləri bir olub. Bu, çox müsbət tendensiyadır və çox güman ki, növbəti illərdə də davam etdiriləcək”. 
 

A. Əfəndiyev 2017-ci ili GUAM təşkilatı üçün ən vacib il kimi qiymətləndirib: “Bu il təşkilatın 20 illiyi tamam olub. Gürcüstanın GUAM-da sədrliyi təşkilatın fəaliyyətinə yeni təkan verib. Təşkilatın nəqliyyat dəhlizi və azad ticarət zonasının yaradılması ilə bağlı təşəbbüslərinin həyata keçirilməsi üzrə işlər görülüb”. 
 

O qeyd edib ki, gələn il Moldovanın GUAM-a sədrliyi dövründə də bu təşəbbüslər üzrə işlər davam etdiriləcək. 
 

Baş katib əlavə edib ki, gələn il GUAM beynəlxalq, regional və parlament təşkilatları ilə əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR