İordaniya kralı II Abdullah Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, onun məktubunda deyilir:
“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə İordaniya Haşimilər Krallığının xalqı, Hökuməti adından və şəxsən öz adımdan təbriklərimi və ən xoş arzularımı çatdırıram. Bu fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və firavanlıq arzu edirəm”.
İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin İrlandiya prezidenti Maykl Higgins, Tailand kralı Maha Vaçiralonqkorn, Finlandiya prezidenti Sauli Niinistö və Keniya prezidenti Uhuru Kenyatta təbrik ediblər.