BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Furio De Angelis missiyasını başa vurub.
APA-nın xəbərinə görə, F.D.Angelis BMT QAK-ın təşviqat məqsədlərinin və yardım proqramlarının həyata keçirilməsində ona köməklik göstərmiş və beləliklə, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və rifahının təmin edilməsi işinə öz töhfəsini vermiş hökumət və dövlət qurumlarındakı, vətəndaş cəmiyyəti, akademik dairələr və diplomatik korpusdakı hər kəsə minnətdarlığını bildirib.
“Azərbaycanda yaşayaraq azərbaycanlıların qonaqpərvərliyinə, nəzakətinə və istiqanlılığına bələd olmaq insanın yaşadığı elə hisslərdir ki, onların unudulması mümkün deyil. Sizin aranızda yaşadığım dövr yaddaşımda həmişəlik qalacaq”, - deyə F.D.Angelis söyləyib.