Bank Of Baku

Canelidze: “Gürcüstan və Azərbaycan regionun inkişafına töhfə verən strateji layihələri inkişaf etdirir”

Canelidze: “Gürcüstan və Azərbaycan regionun inkişafına töhfə verən strateji layihələri inkişaf etdirir”
# 12 mart 2018 18:31 (UTC +04:00)

“Gürcüstan və Azərbaycan olduqca əhəmiyyətli strateji tərəfdaşlardır”.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze baş nazir Giorgi Kvirikaşvilinin Azərbaycana rəsmi səfərini şərh edərkən deyib.

 

Nazir bildirib ki, hər iki ölkə regionun inkişafına töhfə verən strateji layihələri inkişaf etdirir: “Baş nazir və Azərbaycan prezidenti ticari münasibətlərlə yanaşı, mədəniyyət sahəsində fəal inkişaf etməkdə olan əməkdaşlığı, beynəlxalq münasibətlər və regional layihələri də müzakirə ediblər”.

 

Qeyd edək ki, bu gün Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR