Çexiyanın Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Vitezslav Pivonka Rusiyaya səfir təyin olunub.
APA-nın məlumatına görə, V. Pivonka namizədliyinin Moskva tərəfindən qəbul olunduğunu deyib: "Aprelin əvvəlində Azərbaycanda öz missiyamı başa çatdıracağam".
Səfir yeni təyinatın onun üçün mühüm olduğunu söyləyib: "Rusiya Çexiya üçün mühüm tərəfdaşdır və bizim əməkdaşlığımızın əsas istiqaməti energetikadır".