Bank Of Baku

Dövlət başçısı Özbəkistan prezidentinin dövlət müşavirini qəbul edib - YENİLƏNİB

Dövlət başçısı Özbəkistan prezidentinin dövlət müşavirini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 21 dekabr 2017 12:52 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidentinin dövlət müşaviri Rüstəm Kamilov ilə görüşüb.

 

APA-nın məlumatına görə, prezident İlham Əliyev Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunduğuna görə minnətdarlığını ifadə edib.

 

Dövlət başçısı “İslam Həmrəyliyi İli” çərçivəsində qardaş ölkədə də konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

R. Kamilov isə bildirib ki, xalqın tolerantlığı və sülhün qorunub saxlanmasına ölkələrimizin bir çox eyni yanaşması var. Tolerantlığın əhəmiyyətindən danışan qonaq insanların birgə yaşayaraq, ölkənin inkişafı üçün çalışmalarının önəmini vurğulayıb. R. Kamilov İslam ənənələrinin dirçəlişinin, İslam irsinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin Özbəkistanda prioritet istiqamətlərdən biri olduğunu bildirib.

 

*** 14.27

 

Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidentinin dövlət müşaviri Rustam Kamilovu qəbul edib.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR