Bakı. Viktoriya Dementyeva – APA. Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed azərbaycanlı həmkarı Elmar Məmmədyarova məktub göndərib. APA-nın WAM xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məktub BƏƏ-nin Azərbaycandakı səfiri Xəlifə Əl Qafli tərəfindən Azərbaycan xarici işlər nazirinə təqdim edilib.
Səfir və nazirin görüşündə ikitərəfli münasibətlərin hazırkı durumu müzakirə edilib və əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.