Goyçayda avtomobil qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb.
“Ford transit” markalı maşın “VAZ 2107” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində Göyçay sakini 1993-cü il təvəllüdlü Nuranə İsgəndərova müxtəlif dərəcəli xəsarətlər alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.