Bank Of Baku

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının üzvlərini qəbul edib

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının üzvlərini qəbul edib
# 02 noyabr 2017 14:02 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Pyer Alan Rafanın başçılıq etdiyi Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərini qəbul edib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla Fransa arasında əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən siyasi, iqtisadi, mədəniyyət və idman sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin bu münasibətlərə töhfə verdiyi vurğulanıb.

 

E. Məmmədyarov bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və bu müddət ərzində iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin qurulduğunu diqqətə çatdırıb. O, Azərbaycan və Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna rolunu qeyd edib.

 

Pyer Alan Rafan isə Fransanın regionları ilə əməkdaşlığın genişləndirilməsinin və deputatlar arasında təmasların artırılmasının vacibliyini vurğulayıb. O, Fransada Azərbaycanın daha çox tanınması və təşviq edilməsi üçün hər iki ölkənin şəhərləri arasında qardaşlaşmanın artırılmasının önəminə diqqət çəkib.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov, ədalətin Azərbaycanın tərəfində olduğunu və buna görə də münaqişənin ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalı olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR