Bank Of Baku

Türkiyə prezidenti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə prezidenti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
# 10 iyul 2018 11:47 (UTC +04:00)

Azərbaycana səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk olaraq nümayəndə heyəti ilə birlikdə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

 

APA-nın xəbərinə görə, R.T.Ərdoğan daha sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

 

Ərdoğan Türk Şəhidliyini ziyarət edərkən "Bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycan-Türkiyə əlaqələrinin hər sahədə böyüməsi və inkişafı üçün əlimizdən gələni edəcəyik", deyə bildirib.

 

Qeyd edək ki, bu, R.T.Ərdoğanın 24 iyun prezident seçkilərindən sonra xarici ölkəyə ilk rəsmi səfəridir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR