Bank Of Baku

GUAM çərçivəsində parlamentlərarası əməkdaşlıq dərinləşdiriləcək

GUAM çərçivəsində parlamentlərarası əməkdaşlıq dərinləşdiriləcək
# 17 dekabr 2017 18:48 (UTC +04:00)

“GUAM təşkilatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlıq dərinləşdiriləcək”.


APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan parlamentinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Giorgi Mosidze deyib. 
Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna üçün ərazi bütövlüyünün bərpası real problem olaraq qalır: “GUAM-a üzv ölkələrin ərazi bütövlüyünün bərpası üçün parlamentlər səviyyəsində səylər artırılacaq”. 


G.Mosidze əlavə edib ki, sabah Tbilisidə keçiriləcək GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında qəbul olunacaq yekun sənəddə təşkilata üzv ölkələrin ərazi bütövlüyü məsələsi də yer alacaq. 


Qeyd edək ki,  GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında Azərbaycanı Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və millət vəkili Əli Məsimli təmsil edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR