Bank Of Baku

Hesabat: Azərbaycan və Aİ arasında strateji enerji tərəfdaşlığı sahəsində irəliləyiş əldə olunub

Hesabat: Azərbaycan və Aİ arasında strateji enerji tərəfdaşlığı sahəsində irəliləyiş əldə olunub
# 20 dekabr 2017 15:58 (UTC +04:00)

Azərbaycanla Aİ arasında aviasiya sazişi üzrə danışıqlar bitmək üzrədir.

 

APA-nın məlumatına görə, bu barədə Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatda deyilir. Bildirilir ki, danışıqlar 2017-ci ilin iyulunda bərpa olub. 

 

Hesabatda enerji sahəsində əməkdaşlığa da toxunulub: “Enerji təhlükəsizliyinin təminatı və enerji təminatçılarının diversifikasiyası məqsədilə Azərbaycanla Aİ arasında strateji enerji tərəfdaşlığı sahəsində irəliləyiş əldə olunub. Xüsusilə bu irəliləyiş Cənub Qaz Dəhlizi sahəsində baş verib. Cənub Qaz Dəhlizinin bütün seqmentlərinin tikintisi uğurla gedir və Cənub-Qafqaz boru xəttinin Azərbaycanın və Gürcüstandakı hissəsinin genişlənməsi demək olar ki, bitib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR