Bank Of Baku

Hindistan prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

Hindistan prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib
# 07 aprel 2017 13:58 (UTC +04:00)

Hindistan prezidenti Pranap Mukherci Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub göndərib.

 

APA-nın məlumatına görə, məktubda deyilir:

 

“Bu il fevralın 28-də Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan Respublikasının xalqına səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram. Şadam ki, bu 25 il ərzində ikitərəfli səmimi münasibətlərimiz yaxşı inkişaf edib. Bütün sahələrdə genişlənən bu münasibətlərimiz və siyasi, iqtisadi, enerji, mədəni sahələrdə əməkdaşlığımız, habelə insanlar arasında fikir mübadiləsi qarşılıqlı faydalı olub və hər iki regionda sülh, sabitlik və inkişafa əhəmiyyətli töhfə verib. Hindistanın Azərbaycan ilə çoxşaxəli əlaqələrinin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə və yeni-yeni zirvələr fəth edəcəyimizə səmimiyyətlə inanır və gələcəyə ümidlə baxıram. Zati-aliləri, Sizə möhkəm cansağlığı və firavanlıq, həmçinin Azərbaycan Respublikasının xalqına davamlı tərəqqi və rifah arzularımı çatdırmaq istərdim. Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR