Bank Of Baku

İran mediası prezidentlərin üçtərəfli görüşünə geniş yer ayırıb

İran mediası prezidentlərin üçtərəfli görüşünə geniş yer ayırıb
# 02 noyabr 2017 12:42 (UTC +04:00)

Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda keçirilən sammiti, eləcə də prezidentlər İlham Əliyev və Vladimir Putinin İranın ali lideri Ayətullah Xamenei ilə görüşləri İran mətbuatının diqqət mərkəzindədir.

 

APA-nın İran bürosunun xəbərinə görə, bu gün paytaxt Tehranda çap olunan bütün qəzetlərin manşet xəbəri bu mövzuya həsr olunub.

 

Ölkənin ən çoxtirajlı rəsmi qəzeti olan “İran”ın ilk səhifəsində Azərbaycan prezidenti İlham Əliyevin “İran regionun təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır” bəyanatı əksini tapıb. Qəzet həmçinin “Tehran-Bakı əlaqələrini istəməyənlərin qarşısında durmaq lazımdır” başlığı ilə prezident İ. Əliyevin Ayətullah Xamenei ilə görüşünə də yer ayırıb. 

                     

İranın digər populyar qəzeti olan “Həmşəhri” prezidentlərin birgə fotosunu manşetə çıxararaq yazıb ki, Ruhani, Putin və Əliyev Asiya-Avropa ticarət dəhlizinin təkmilləşdirilməsi və 3 ölkə arasında milli valyutadan istifadə haqqında razılığa gəliblər.
 

Prezident Həsən Ruhanini tənqid edən əsas qəzetlərdən biri - “Keyhan” qəzeti də ali lider Xamneinin prezidentlər İlham Əliyev və Vladimir Putinlə görüşündən şəkillər dərc edərək ilk səhifədə bu görüşlərlə bağlı məlumat yerləşdirib.

 
Hökuməti tənqid edən digər mətbuat orqanı - “Cavan” qəzeti prezident Həsən Ruhaninin “İranın Azərbaycan və Rusiya ilə əməkdaşlığı regiondakı problemlərin həlli üçün yeni imkandır” sözlərini ilk səhifədən verib. Qəzet  həmçinin prezident İlham Əliyevin “Myanma müsəlmanlarına humanitar yardımlar göndərmək üçün İranla əməkdaşlıq etməyə hazırıq” sözünü də oxucuların diqqətinə çatdırıb.

 

İranın xəbər agentlikləri də sammitə böyük diqqət yetiriblər və bu mövzuda xəbərlər, şərhlər, fotolar yayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR