İran İslam Respublikası müdafiə nazirinin müavini, general-mayor Əmir Səccid Mahmudi Şeyx Həsəni Azərbaycanda səfərdədir.
APA-nın xəbərinə görə, nazir müavini sabah Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək. Onun bir sıra görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, 26 iyun - Azərbaycan ordusunun 100 illiyi münasibətilə Bakıda hərbi parad keçiriləcək. Paradda Azərbaycan ordusunun ən müasir silah və texnikaları nümayiş etdiriləcək.