Bank Of Baku

Tüveycri: "BMT Fələstinlə bağlı üzərinə düşən işi görmür"

Tüveycri: "BMT Fələstinlə bağlı üzərinə düşən işi görmür"
# 22 dekabr 2017 09:52 (UTC +04:00)

"Yarım əsrdir Fələstin problemi həllini tapmır. BMT bununla bağlı üzərinə düşən işi görmür".
 
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
 
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair bəyanatını xatırladan baş direktor bildirib ki, bu qərar Fələstin xalqını yox saymaqdır: "Dünən BMT Baş Assambleyasında ABŞ-ın bu qərarının əleyhinə qətnamə qəbul edildi. Ancaq Tramp həmin sənədin lehinə səs verən ölkələri hədələyib ki, onlara daha yardım  etməyəcək. Bu, yaşadığımız dünyanın reallığıdır".
 
Baş direktor son olaraq qeyd  edib ki, islam dünyası problemin həlli üçün birgə çalışmaqdan boyun qaçırmamalıdır: "Dünyanın güclü səsi olmaq üçün bütün imkanlarımızı səfərbər etməliyik" .

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR