Bank Of Baku

Koreya səfirliyinin təşkilatçılığı ilə ictimai-siyasi diplomatiya seminarı keçirilib

Koreya səfirliyinin təşkilatçılığı ilə ictimai-siyasi diplomatiya seminarı keçirilib
# 03 iyul 2018 14:34 (UTC +04:00)

Koreyanın Azərbaycandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş ictimai-siyasi diplomatiya seminarı təşkil edib. 

 
APA-nın xəbərinə görə, seminarda ADA universitetinin dosenti Anar Vəliyev, Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Qyu, Koreya universitetinin professoru Her Seung Çul, Koreya Milli Diplomatik Akademiyasının (KNDA) professoru Ko Cae Nam, tələbələr və KİV nümayəndələri iştirak ediblər. 
 
  
A. Vəliyev bildirib ki, seminar tələbələr üçün Koreya münaqişəsinin həlli yolları, bu münaqişənin həllinin Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına necə kömək edə biləcəyini  anlamaqda kömək edəcək. 
 
Koreya səfiri Kim Çanq Qyu isə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində əhəmiyyətli dəyişikliklərin hiss olunduğunu qeyd edib: "Koreya yarımadasının nüvəsizləşdirmə problemi ciddi məsələdir və bununla bağlı səhv fikir söyləmək yanlış işlərlə nəticələnə bilər. Düşünürəm ki, Rusiya, ABŞ, Çin, Yaponiya və digər ölkələrlə birlikdə Şimali Koreyanı inandırsaq, danışıqlar nəticəsində yaxşı sonluq əldə edə bilərik".
 
 
Azərbaycan-Koreya əlaqələrinin ikinci yüksəliş dövrünü yaşadığını qeyd edən səfir bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb: "Koreya və Azərbaycan dost xalqlar olmaqla yanaşı Altay dil ailəsinə daxildir. Azərbaycan xalqı ilə əlaqələrin daha da sıx olmasını arzu edirəm. Bundan sonra da Azərbaycanda mədəni tədbirlərin keçirilməsini planlaşdırırıq".
 
Koreya Milli Diplomatik Akademiyasının (KNDA) professoru Ko Cae Nam də Koreya yarımadasının nüvəsizləşdirilməsindən danışıb. Koreya və qonşu ölkələrlə münasibətlər barədə məlumat verən professor Şimali Koreyanın nüvə silahı istehsalının regionda təhlükəsizliyə böyük zərər verə biləcəyini diqqətə çatdırıb: "Şimali Koreyanın nüvə silahı həm Koreyaya, həm də digər ölkələrə təhlükədir. Şimali və Cənubi  Koreya liderləri arasında baş tutan görüş nəticəsində müharibə təhlükəsi azaldı və hərbi gərginlik  aşağı həddə endirildi. Tramp və Şimali Koreya lideri arasında baş tutan görüş sayəsində isə Koreya yarımadasında sülh və inkişafın təməli qoyuldu, Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində ilkin addımlar atıldı". 
 
  
Çıxışında Koreya-Azərbaycan əməkdaşlığına toxunan Koreya universitetinin  professoru Her Seung Çul iki ölkə arasında  iqtisadi, ticari, mədəni, təhsil sahələrində sıx əlaqələrin olduğunu  deyib. Azərbaycanın regionda lider olduğunu vurğulayan koreyalı professor iki ölkə arasında siyasi-iqtisadi dialoqun əhəmiyyətini, habelə sosial sahədə əlaqələrin inkişafının önəmini vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR