Koryen Yonker Azərbaycanda seçkiləri izləyəcək ATƏT müşahidə missiyasının fəaliyyət planını açıqlayıb

Koryen Yonker Azərbaycanda seçkiləri izləyəcək ATƏT müşahidə missiyasının fəaliyyət planını açıqlayıb
# 09 mart 2018 12:20 (UTC +04:00)

"Biz Azərbaycanla hər zaman uğurlu əməkdaşlıq etmişik. Ümid edirik ki, bu əməkdaşlıq növbəti bir neçə həftədə də davam edəcək".

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müşahidə missiyası seçkiləri qiymətləndirəcək, öhdəliklərə nə qədər riayət olunmasını dəyərləndirəcək.

"Gələn həftə uzunmüddətli missiya Azərbaycana gələcək. Ekspertlər ATƏT üzvü olan 19 fərqli ölkəni təmsil edir.

Qısamüddətli missiya isə seçki günündən bir qədər əvvəl gələcək, səsvermə prosesini izləyəcək.

Missiya aprelin axırına kimi davam edəcək, seçki sonrası mühiti də diqqətdə saxlayacaq", - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR