Prezident İlham Əliyev Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabahın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabah Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif olunub.