Meksika prezidenti Enrike Penya Nieto Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, onun məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Azərbaycanın milli bayramı – Respublika Gününün növbəti ildönümü münasibətilə Meksika xalqı adından Sizə ən səmimi təbriklərimi ifadə etməkdən şərəf hissi duyuram. Sizi əmin edirəm ki, Meksika Birləşmiş Ştatları ölkələrimiz və xalqlarımız arasında dostluğun, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə daim sadiq qalacaq. Sizə dərin ehtiramımı ifadə edir və səmimi salamlarımı çatdırıram”.
İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin Livan prezidenti Mişel Aun və Peru prezidenti Pedro Pablo Kuçinski təbrik ediblər.