Bank Of Baku

Meksika ilə Azərbaycan arasında hüquqi bazanın möhkəmləndirilməsi təklif edilib

Meksika ilə Azərbaycan arasında hüquqi bazanın möhkəmləndirilməsi təklif edilib
# 16 fevral 2018 13:38 (UTC +04:00)

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisdə olub.

 

Səfirlikdən APA-ya verilən xəbərə görə, parlamentlərarası əlaqələrə təkan vermək məqsədilə səfir Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, habelə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli ilə görüşüb.

 

Görüşdə Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün təməl hesab olunan hüquqi bazanın möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb. Tərəflər hər iki ölkənin parlamentləri arasında qarşılıqlı səfərlərin stimullaşdırmasının vacibiyini qeyd ediblər.

 

Bundan əlavə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan söz açılıb. Məsələ ilə əlaqədar səfir Labardini miqrasiya, ətraf mühit və s. mövzular üzrə beynəlxalq hüquqi bazanın yaradılmasına dair Meksikanın bir sıra təkliflərindən danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR