"TANAP-ı gələn istifadəyə verəcəyik".
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda iranlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanla İran arasında da enerji sahəsində əməkdaşlıq güclənir.
"Üç ölkə arasında elektrik enerjisi mübadiləsi da gündən-günə artır. Qərara gəlmişik ki, növbəti görüşə özəl və iqtisadi sektoru da dəvət edək", - deyə E. Məmmədyarov qeyd edib.