Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
APA-nın məlumatına görə, X. Battulqa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə X. Battulqaya minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini əminliklə qeyd ediblər.