Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Türkiyəyə yeni təyin olunmuş səfiri Xəzər İbrahimi qəbul edib.
APA-nın məlumatına görə, bu barədə türkiyəli nazir özünün “Twitter” səhifəsində yazıb. O qeyd edib ki, görüşdə ikitərəfli əlaqələr və beynəlxalq proseslərə dair müzakirələr aparılıb.