Millət vəkili Musa Quliyev sabah Bişkekə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Quliyev Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu MDB Parlament Assambleyasının və MDB-nin İcraiyyə komitəsinin xətti ilə müşahidə edəcək.
Digər müşahidəçilərlə bərabər o, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək.
Səfər dekabrın 13-də başa çatacaq.