Bank Of Baku

Nazir: "Monteneqro Azərbaycan qazının bu ölkə bazarına çıxmasında maraqlıdır"

Nazir: "Monteneqro Azərbaycan qazının bu ölkə bazarına çıxmasında maraqlıdır"
# 02 noyabr 2017 10:11 (UTC +04:00)

"Azərbaycanla Monteneqro arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunuq. Görüşdə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırdım".
 
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srcan Darmanoviclə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
Nazir bildirib ki, iki ölkə arasında əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də çox yaxşı səviyyədədir: "Aramızda 15 sənəd imzalanıb. Hazırda 4 sənəd layihəsinə baxılır. Monteneqro maraqlıdır ki, Azətbaycan qazı Monteneqro bazarına da çıxsın. Nəqliyyat dəhlizləri və turizm sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etdik. Biz dostluq əlaqələrimizi davam etdiririk. Siyasi baxımdan problem yoxdursa, hesab edirik ki, iqtisadi əlaqələri gücləndirməliyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR