Bank Of Baku

Polşada Azərbaycanın Respublika Günü qeyd edilib

Polşada Azərbaycanın Respublika Günü qeyd edilib
# 30 may 2017 15:00 (UTC +04:00)

Azərbaycanın Varşavadakı səfirliyin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.
 

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Polşa xarici işlər nazirinin müavini Bartoş Çixotski və digər hökumət üzvləri, Polşa Seymi və Senatının deputatları, vilayət və şəhər şuralarının rəhbərləri, Polşa ictimaiyyəti nümayəndələri, diplomatik korpusun üzvləri, iş adamları, Polşada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları, yerli və azərbaycanlı tələbələr iştirak ediblər.
           

Mərasimi giriş sözü ilə açan səfir Həsən Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, qısa müddət ərzində Azərbaycanın ilk parlamenti və hökumətinin, dövlət aparatının təşkil edilməsindən danışıb. Bununla yanaşı, H. Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan xalqının istəyi odur ki, dünya ölkələri öz ədalətli səslərini ucaldaraq silah gücünə zəbt olunmuş torpaqların azad olunmasını tələb etsinlər.
 

Polşa hökuməti adından xarici işlər nazirinin müavini B.Çixotski çıxış edərəl iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib. Nazir müavini iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu söyləyib.

 

Tədbir Azərbaycan və Polşa incəsənət nümayəndələrinin ifası ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR