Bank Of Baku

Prezident İlham Əliyev ABŞ-ın Etnik Anlaşma Fondunun prezidentini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev ABŞ-ın Etnik Anlaşma Fondunun prezidentini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 20 dekabr 2017 13:47 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayeri qəbul edib.

 

APA-nın məlumatına görə, söhbət zamanı prezident İlham Əliyevin Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerlə görüşü məmnunluqla xatırlanıb.

 

Görüşdə Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının müxtəlif xalqların və millətlərin bir-birinə daha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanda multikulturalizmin dövlət siyasətinin prioritet sahələrindən biri olduğu bildirilib, bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə dostluq şəraitində birgə yaşadığı məmnunluqla qeyd edilib.

 

Görüşdə, həmçinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

 

*** 15.20

 

Prezident İlham Əliyev dekabrın 20-də ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR