Bank Of Baku

Azərbaycan prezidenti Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib

Azərbaycan prezidenti Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib
# 24 iyun 2018 18:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyunun 24-də Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.

 

APA-nın məlumatına görə, dövlət  başçısı bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko ilə Moskvada görüşdüyünü məmnunluqla xatırladı və söhbət zamanı qarşılıqlı maraq doğuran məsəllər ətrafında fikir mübadiləsi aparıldığını deyib. Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu və tərəfdaşlıq əlaqələrinə söykəndiyini vurğulayaraq, əməkdaşlığımızın siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib.

 

Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik edib və bunu xalqın dövlət başçısına verdiyi dəstəyin nümayişi kimi dəyərləndirib. O, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, prezident İlham Əliyevə əlaqələrimizin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR