Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik rotasiya qaydalarına əsasən Ermənistandan Azərbaycana verilib.
APA-nın "News.am"-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan məlumat verib.
“Bu gün Yerevanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında QDİƏT-ə sədrlik Ermənistandan Azərbaycana verilib. Azərbaycan QDİƏT-ə 2018-ci ilin iyul ayından dekabr ayına kimi sədrlik edəcək”, - deyə, məlumatda qeyd edilir.
Qeyd edək ki, bu gün Yerevanda keçirilən iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.