Bank Of Baku

Rəcəb Səfərov: “İran-Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı üçün geniş potensial var”

Rəcəb Səfərov: “İran-Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı üçün geniş potensial var”
# 20 aprel 2018 13:28 (UTC +04:00)

"Şimal-Cənub dəhlizi İran, Azərbaycan və Rusiyanın iqtisadiyyatını çiçəkləndirəcək”.
 
Bunu İranda səfərdə olan Rusiya-İran əlaqələri üzrə ekspert, Rusiyada fəaliyyət göstərən Müasir İranın Öyrənilməsi Mərkəzinin rəhbəri Rəcəb Səfərov APA-nın Tehran bürosuna açıqlamasında  bildirib.

 

R. Səfərov 3 ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb: “Mövcud potensialı nəzərə alsaq, üç ölkə bir-birini tamamlaya bilər. Onların enerji və digər sahələrdə regionun əsas oyunçusuna çevrilmək imkanı var”.
 
Ekspert qeyd edib ki, 3 ölkə arasında  neft, qaz və bank sahəsində yaxşı əməkdaşlıq perspektivləri mövcuddur. Onun sözlərinə görə, ölkələr arasında iqtisadi əməkdaşlıq ona görə önəmlidir ki, bu, siyasi münasibətlərin də möhkəmlənməsinə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR