"Bu gün Azərbaycanın 4 universiteti ilə Rumıniyanın 4 universiteti arasında əməkdaşlıq müqaviləsi bağlandı"
Bunu APA-ya açıqlamasında Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku deyib.
O qeyd edib ki, Bakıda I Azərbaycan-Rumıniya Universitetlərarası Forumunun əsas məqsədi universitetlərarası əməkdaşlığı inkişaf etdirməkdir: "Yəni, universitetlərarası əməkdaşlığı inkişaf etdirmək, tələbə, müəllim mübadiləsi və elmi araşdırmalarla bağlı tanışlıq nəzərdə tutulur".
Qeyd edək ki, forum iki gün davam edəcək. Forumun növbəti günündə Rumıniya ali məktəblərinin nümayəndələri Azərbaycan universitetlərini ziyarət etmək və mövcud resurslarla əyanı tanış olmaq imkanı əldə edəcəklər.