Moskva. Fərid Əkbərov - APA. Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Xəzərin hüquqi statusu üzrə Xüsusi İşçi Qrupun 45-ci iclası çərçivəsində baş tutub.
Görüş zamanı Rusiya-Azərbaycan-İran formatında qarşılıqlı fəaliyyət, eləcə də Rusiya-Azərbaycan münasibətlərinə dair bir sıra aktual məsələlər müzakirə olunub.