Sabah Xarici işlər naziri Elmar Məmmədyarov Belarusun paytaxtı Minsk şəhərinə gedəcək.
XİN-dən APA-ya verilən məlumata görə, o 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
***
14.53
İyunun 21-22-də Belarusun paytaxtı Minsk şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin 10-cu qeyri-rəsmi görüşü keçiriləcək.
APA-nın Belarus XİN-ə istinadən verdiyi məlumata görə, görüşə Şərq Tərəfdaşlığı ölkələrinin informasiya texnologiyaları üzrə nazirləri də qatılacaqlar.
Avropa İttifaqı tərəfdən görüşdə Avropanın genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han, rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissar Mariya Qabriyel iştirak edəcək.